• 10.08.2020

Gürcüstan vətəndaşlarının Azərbaycana getməsi üçün nə tələb olunur?

 Gürcüstan vətəndaşlarının Azərbaycana getməsi üçün nə tələb olunur?

28 İyul, 2020 | 13:43

Azərbaycana getmək istəyən Gürcüstan vətəndaşları bəzi qaydalara əməl etməlidirlər.

NewsBureau xəbər verir ki, bunun üçün vətəndaşlar ilk növbədə, Gürcüstan hökumətindən icazə almalıdırlar.

Gürcüstanda yaşayan azərbaycanlılar yaşadıqları rayonların rəhbərliyi və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər.

Qeyd edək ki, digər ölkə vətəndaşları Azərbaycana bu əsaslarda – Azərbaycanda daimi və ya müvəqqəti yaşayış icazəsi varsa, Azərbaycan vətəndaşı ilə nikahdadırsa, gedə bilərlər.

Hökumətdən icazə alandan sonra Gürcüstan vətəndaşları Azərbaycan səfirliyinin təşkilatçılığı ilə avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılır.

Digər xəbərlər