Saakaşviliyə görə Ukrayna səfiri yenidən Gürcüstan XİN-ə çağrılıb

 Saakaşviliyə görə Ukrayna səfiri yenidən Gürcüstan XİN-ə çağrılıb

10 İyul, 2020 | 14:48

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

NewsBureau xəbər verir ki, səfirlə keçirilən görüşdə Gürcüstan tərəfi sabiq prezident Mixeil Saakaşvilinin son bəyanatları ilə bağlı narazılıq ifadə edib.

Bildirilib ki, bu cür hərəkətlər Gürcüstan qanunvericiliyinin pozulması ilə yanaşı, iki ölkə arasındakı münasibətlərə də böyük zərər vurur.

İ.Dolqov Gürcüstan tərəfinin mövqeyini rəsmi Kiyevə çatdıracağını bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri M.Saakaşvili Gürcüstandakı hökumətin qeyri-legitim olduğunu deyib. O, ölkədəki vəziyyətə son qoymaq üçün mübarizədə ön xəttdə olacağını qeyd edib.

Son bir ayda İ.Dolqov artıq M.Saakaşvilinin bəyanatlarına görə ikinci dəfədir Gürcüstan XİN-ə çağırılır. Ukraynalı diplomat ilə xarici siyasət idarəsində sonuncu görüş iyunun 11-də keçirilib. /Report/

Digər xəbərlər