Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə olunacaq

 Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyə olunacaq

10 İyul, 2020 | 13:08

Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi hazırlanır.

NewsBureau xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, vətəndaşlar iyulun 11-də koronavirusla bağlı testdən keçiriləcəklər. Nəticələr 1 gündən sonra səfirliyə təqdim olunacaq.

Test nəticələri mənfi çıxan və COVID-19 pasportu veriləcək Azərbaycan vətəndaşları iyulun 13-də xüsusi ayrılmış avtobuslarla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, iyunun 23-də 178 Azərbaycan vətəndaşının vətənə çatdırılması təmin olunub.

Digər xəbərlər