• 13.08.2020

İyulun 13-dən Gürcüstanda daha bir qadağa ləğv olunur

 İyulun 13-dən Gürcüstanda daha bir qadağa ləğv olunur

9 İyul, 2020 | 16:10

İyulun 13-dən Gürcüstanda açıq havada mədəni tədbirlərin keçirilməsinə icazə veriləcək.

NewsBureau xəbər verir ki, bunu baş nazir Giorgi Qaxaria bildirilib.

“Hesab edirəm ki, daxili turizmin aktuallığı artdıqca bu qərar olduqca mühümdür. Açıq havada bütün tədbirlərin təşkilinə icazə veriləcək”, – o deyib.

Qeyd edək ki, iyulun 6-dan ölkədə qapalı məkanlarda treninq və konfransların keçirilməsi mümkün olub. Bununla yanaşı, açıq havada atraksionların işi bərpa olunub. Hovuz və idman zallarının da açılmasına qərar verilib.

Digər xəbərlər