Gürcüstan quru sərhədlərlə bağlı qərarını açıqlayıb

 Gürcüstan quru sərhədlərlə bağlı qərarını açıqlayıb

8 İyul, 2020 | 11:59

“Gürcüstanın quru sərhədləri ilə bağlı mövcud qaydalar qüvvədə saxlanılacaq”.

NewsBureau xəbər verir ki, bunu ölkənin baş nazirinin müşaviri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, qəbul olunan hər bir qərarda Gürcüstan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi əsas götürülür.

İ.Çikovani deyib ki, hökumət Avropa İttifaqı və tərəfdaş ölkələrlə fəal əməkdaşlığı davam etdirəcək: “Hər iki həftədən bir Gürcüstana giriş və vətəndaşların həmin ölkələrə daxil olma şərtləri nəzərdən keçiriləcək”. /Report/

Digər xəbərlər