Gürcüstan 5 ölkə ilə sərhədlərini açır – SİYAHI

 Gürcüstan  5 ölkə ilə sərhədlərini açır – SİYAHI

8 İyul, 2020 | 11:20

Gürcüstan hökuməti 5 Avropa ölkəsi ilə sərhədlərini açmağa qərar verib.

NewsBureau xəbər verir ki, bu barədə baş nazirin müşaviri İrakli Çikovani brifinqdə bildirib.

Qərar əsasən, bu ölkələr aşağıdakılardır:

  1. Almaniya
  2. Fransa
  3. Latviya
  4. Litva
  5. Estoniya

İ.Çikovani qeyd edib ki, həmin ölkələrin vətəndaşları Gürcüstana birbaşa aviareyslə gəlməlidir. Ziyarətçilər xüsusi prosedurlardan keçiriləcək. Onlar son 14 gün ərzində səfər tarixçələri barədə məlumat təqdim etməli olacaqlar. Hərarəti 37 dərəcədən yüksək olan şəxslər koronavirusla bağlı test olunacaqlar.

Digər xəbərlər