• 09.07.2020

Müxalifətdən çağırış: Gürcüstan sərhədləri dərhal açılsın

 Müxalifətdən çağırış: Gürcüstan sərhədləri dərhal açılsın

1 İyul, 2020 | 13:05

Müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze hökumətə müraciət edib.

NewsBureau xəbər verir ki, siyasətçi ölkə rəhbərliyini quru və hava sərhədlərini dərhal açmağa çağırıb.

Onun sözlərinə görə, Gürcüstanda iqtisadi vəziyyət ağırlaşıb və turizm sektoru məhv olub.

Qeyd edək ki, Gürcüstan martın 18-dən etibarən sərhədlərini əcnəbilər üçün bağlayıb. Hökumət aviauçuşlara tətbiq olunan məhdudiyyətləri avqustun 1-dək uzadıb.

Digər xəbərlər