• 09.07.2020

Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahının rəisi dəyişib

 Gürcüstan Müdafiə Qüvvələri Baş Qərargahının rəisi dəyişib

1 İyul, 2020 | 11:31

General-mayor Giorgi Matiaşvili Gürcüstanın Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub.

NewsBureau xəbər verir ki, o, bu gündən vəzifəsinin icrasına başlayıb.

G.Matiaşvili 2019-cu ildən Baş Qərargahın rəis müavini olub və uzun illər Gürcüstanın Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahına 2018-ci ilin dekabrından bu günə qədər general-leytenant Vladimir Çaçibaya rəhbərlik edib. /Report/

Digər xəbərlər