• 09.07.2020

Gürcüstan sərhədləri kimlər üçün açıqdır?

 Gürcüstan sərhədləri kimlər üçün açıqdır?

30 İyun, 2020 | 15:14

“Xarici vətəndaşların Gürcüstan sərhədlərini keçmələri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, sərhədi yalnız Gürcüstan vətəndaşları, ikili vətəndaşlığı olan şəxslər və onların ailə üzvləri keçə bilirlər.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də ölkənin bütün sərhədlərinin əcnəbilər üçün bağlı olduğunu bildirib.

Qeyd edək ki, ölkə koronavirus pandemiyası səbəbindən martın 18-dən xarici vətəndaşlar üçün sərhədlərini bağlayıb. /Report/

Digər xəbərlər