• 09.07.2020

Gürcüstan parlamenti seçki sisteminə düzəlişləri qəbul edib

 Gürcüstan parlamenti seçki sisteminə düzəlişləri qəbul edib

29 İyun, 2020 | 13:17

Gürcüstan parlamentinin növbədənkənar sessiyasında ölkə Konstitusiyasına düzəlişlər üçüncü oxunuşda qəbul olunub.

NewsBureau xəbər verir ki, qanun layihəsinin lehinə 117, əleyhinə isə 3 deputat səs verib.

Düzəlişlərə əsasən, Gürcüstanda bu ilin oktyabrın 31-nə təyin olunan parlament seçkiləri qarışıq sistem üzrə keçiriləcək. Qanunverici orqana 120 deputat proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək.

Bununla yanaşı, partiyalar üçün seçki baryeri 5%-dən 1%-dək azaldılır.

Daha bir yenilik isə ondan ibarətdir ki, proporsional sistem üzrə seçicilərin 40,54% səsini toplaya bilməyəcək partiya parlamentdə birpartiyalı çoxluq yarada bilməyəcək.

Səsvermədə müxalif Vahid Milli Birlik Hərəkatı və Avropalı Gürcüstan partiyalarından olan deputatlar iştirak etməyiblər. Buna səbəb müxalifətin siyasi məhbus hesab etdiyi Giorgi Ruruanın həbsdən azad olunmamasıdır. /Report/

Digər xəbərlər