• 09.07.2020

Aİ Gürcüstan üçün sərhədlərini açır

 Aİ Gürcüstan üçün sərhədlərini açır

29 İyun, 2020 | 10:33

Gürcüstan Avropa İttifaqının (Aİ) iyulun 1-dən sərhədlərini açacaq 14 ölkənin siyahısına daxil olub.

NewsBureau xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzeti yazıb.

Siyahıda Gürcüstanla yanaşı, Avstraliya, Əlcəzair, Kanada, Mərakeş, Yeni Zelandiya, Ruanda, Serbiya, Tayland, Tunis, Uruqvay, Çernoqoriya, Cənubi Koreya və Yaponiya da yer alıb.

Sənəd son 2 həftə ərzində 100 min nəfər arasında koronavirusa yoluxma hallarının sayı əsasında hazırlanıb. Aİ-də bu göstərici ortalama 20 təşkil edir.

Digər xəbərlər