• 30.05.2020

Saakaşvili Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaradıb

 Saakaşvili Gürcüstan-Ukrayna münasibətlərində ciddi problemlər yaradıb

22 May, 2020 | 17:33

“Mixeil Saakaşvilinin Ukraynada rəsmi vəzifəyə təyinatı ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani deyib.

Nazirin sözlərinə görə, buna baxmayaraq, strateji tərəfdaş olan Ukrayna ilə münasibətlər davam etdirilir: “Ukrayna ilə strateji münasibətlərə yenidən baxılmayacaq. Lakin bu vəziyyət ikitərəfli münasibətlərdə ciddi problemlər yaradıb və bu münasibətləri necə davam etdirəcəyimiz barədə təhlil apramalıyıq”.

D.Zalkaliani qeyd edib ki, Ukraynadakı səfir Teymuraz Şaraşenidzenin Gürcüstanda məcburi karantin müddəti mayın 25-də başa çatır: “Diplomatla həmin tarixdə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacaq”. /Report/

Digər xəbərlər