• 30.05.2020

Ketevan Tsixelaşvili vəzifəsini tərk edir, səfir təyin olunacaq

 Ketevan Tsixelaşvili vəzifəsini tərk edir, səfir təyin olunacaq

22 May, 2020 | 13:54

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili vəzifəsini tərk edir.

NewsBureau xəbər verir ki, bu barədə xarici işlər naziri Davit Zalkaliani məlumat verib.

O, K.Tsixelaşvilinin Gürcüstanın Avstriyadakı səfiri vəzifəsinə təyin olunacağını bildirib: “Onun təcrübəsi yeni vəzifədə olduqca gərəkli olacaq”.

Qeyd edək ki, K.Tsixelaşvili 2016-cı ildən barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri vəzifəsini tutub.

Digər xəbərlər