Gürcüstanın yanlış xəritələrinə görə cəzalar təsdiqlənib

 Gürcüstanın yanlış xəritələrinə görə cəzalar təsdiqlənib

22 May, 2020 | 17:11

Gürcüstan parlamenti dövlətin ərazi bütövlüyünün təhrif olunduğu xəritələrə görə tətbiq ediləcək cəzaları təsdiqləyib.

NewsBureau xəbər verir ki, bununla bağlı ölkənin Cinayət və İnzibati Xətalar məcəllələrinə düzəlişlər layihəsi qəbul olunub.

Layihəyə əsasən, Gürcüstanın işğal altında olan Abxaziya və Cənubi Osetiya bölgələrinin əks olunmadığı xəritələrin hazırlanması, yayılması, satışı, reklamı, idxal-ixracına görə fiziki şəxslər 150 lari, hüquqi şəxslər 300 lari məbləğində cərimə olunacaqlar və ya onları iki ilədək həbs cəzası gözləyə bilər.

Qanun dəyişiklikləri bu il iyulun 2-də qüvvəyə minəcək. /Report/

Digər xəbərlər