Gürcüstanda fövqəladə vəziyyət zamanı yazılan cərimələrin silinməsi təklif olunub

 Gürcüstanda fövqəladə vəziyyət zamanı yazılan cərimələrin silinməsi təklif olunub

22 May, 2020 | 15:57

Avropalı Gürcüstan Partiyası hökuməti fövqəladə vəziyyət rejimi dövründə vətəndaşlara yazılan cərimələri ləğv etməyə çağırıb.

NewsBureau xəbər verir ki, bu barədə partiya üzvü Sergi Kapanadze bildirib.

Onun sözlərinə görə, cərimələrin məbləği 18 milyon laridən çoxdur: “Komendant saatının tələblərini pozduğuna görə 4 mindən çox vətəndaşımıza cərimə yazılıb. Avtomobillə hərəkətə tətbiq olunan qadağaya riayət etməyən 1 700 nəfərdən çox şəxs də cərimələnib”.

S.Kapanadze bu məbləğin çox böyük olduğunu qeyd edib: “Vətəndaşlarımız cərimələri ödəyə bilməyəcək. Onlar onsuz da çətin sosial-iqtisadi vəziyyətdədirlər”.

Digər xəbərlər