• 30.05.2020

Gürcüstan hökuməti iyulun 15-dək məhdudiyyətlər tətbiq edə biləcək

 Gürcüstan hökuməti iyulun 15-dək məhdudiyyətlər tətbiq edə biləcək

22 May, 2020 | 19:18

Gürcüstan parlamenti üçüncü oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişlər layihəsini təsdiqləyib.

NewsBureau xəbər verir ki, sənədi 81 deputat dəstəkləyib.

Layihəyə əsasən, hökumətə koronavirusun yayılmasının qarşısının alınması üçün ölkədə fövqəladə vəziyyət elan etmədən müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verilib.

Hökumət iyulun 15-dək hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri həyata keçirə biləcək.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejiminin müddəti mayın 23-də başa çatır. /Report/

Digər xəbərlər