• 15.08.2020

Gürcüstanda bəzi məhdudiyyətlər qalacaq, müxalifət etiraz edir

 Gürcüstanda bəzi məhdudiyyətlər qalacaq, müxalifət etiraz edir

21 May, 2020 | 11:48

“Gürcüstanda fövqəladə vəziyyət rejimi başa çatandan sonra koronavirusun yayılmasının qarşısını almaq üçün bəzi məhdudiyyətlərin tətbiqi davam etdiriləcək”.

NewsBureau xəbər verir ki, bunu ölkənin baş nazir Giorgi Qaxaria bildirib.

O deyib ki, qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi ilə bağlı hökumət parlamentə müraciət edib.

G.Qaxarianın sözlərinə görə, məhdudiyyətlər vətəndaşların sağlamlığının qorunması məqsədilə saxlanılacaq və fövqəladaə vəziyyət elan edilmədən tətbiq ediləcək.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi sabah başa çatır. Gürcüstan parlamenti “İctimai sağlamlıq haqqında”  qanuna dəyişikliklər layihəsinin müzakirəsinə başlayıb. Müxalifət qanun layihəsinə etiraz edir və sənədin ölkə Konstitusiyasına zidd olduğunu hesab edir. /Report/

Digər xəbərlər