• 15.08.2020

Gürcüstan parlamenti məhdudiyyətlərlə bağlı qanunu dəstəkləyib

 Gürcüstan parlamenti məhdudiyyətlərlə bağlı qanunu dəstəkləyib

21 May, 2020 | 19:50

Gürcüstan parlamenti birinci oxunuşda “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri dəstəkləyib.

NewsBureau xəbər verir ki, qanun layihəsinin lehinə 80, əleyhinə isə 3 deputat səs verib.

Sənədə əsasən, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.

Düzəlişlər hərəkət, iqtisadi fəaliyyət, əmlak, toplaşma, əmək və digər hüquqların məhdudlaşdırılması ilə bağlı tədbirləri əhatə edir.

Müxalifət və müstəqil deputatlar dəyişiklikləri dəstəkləməyiblər. /Report/

Digər xəbərlər