• 15.08.2020

Zurabişvili – Putin görüşü baş tuta bilərmi?

 Zurabişvili – Putin görüşü baş tuta bilərmi?

20 May, 2020 | 13:28

“Çox illər keçib, bugünkü Putin əvvəlki Putin deyil. Dünyada hər şey dəyişib, koronavirusdan sonra daha da dəyişəcək”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Rustavi 2”nin efirində rusiyalı həmkarı Vladimir Putinlə görüş imkanını şərh edərkən deyib.

Dövlət başçısı hesab edir ki, Rusiyada bu gün ciddi böhran hökm sürür və ölkənin bu vəziyyətdən necə çıxacağını heç kim bilmir.

S.Zurabişvili qeyd edib ki, görüş xətrinə görüş, dialoq xətrinə dialoq formatını qəbul etmir: “İlk növbədə, görüşə imkan verəcək və nəticələr gətirəcək mühit mövcud olmalıdır. Əgər uyğun vəziyyət görsəm, mən bu addımı ataram, lakin bu vəziyyət yaranmalıdır. Bu gün belə vəziyyət mövcud deyil”.

Digər xəbərlər