• 13.08.2020

Gürcüstan vətəndaşlarının Türkiyəyə daxil olması üçün nə tələb olunur?

 Gürcüstan vətəndaşlarının Türkiyəyə daxil olması üçün nə tələb olunur?

20 May, 2020 | 18:42

Gürcüstanın Türkiyədəki səfirliyi müraciət yayıb.

NewsBureau xəbər verir ki, səfirlik bu gündən etibarən Türkiyəyə müalicə məqsədilə səfər edən Gürcüstan vətəndaşları üçün sərhədlərin açıldığını bildirib.

Qeyd olunub ki, səfirlik Türkiyə hökumətindən bu barədə hələ rəsmi məlumat almayıb.

Gürcüstan vətəndaşlarının Türkiyəyə müalicə məqsədilə səfəri mövcud qaydalara uyğun həyata keçiriləcək. Qonşu ölkəyə  müalicəyə yollanan Gürcüstan vətəndaşının Türkiyədəki klinikadan pasiyent və onu müşayiət edəcək şəxs barədə məlumatların yer aldığı xüsusi dəvət məktubu olmalıdır.

Pasiyenti və onu müşayiət edən şəxsin Sarpi sərhəd-keçid məntəqəsindən xəstəxanaya çatdırılması üçün reanimobil ayrılmalıdır.

Əlavə sualları olan vətəndaşlar Gürcüstanın Ankaradakı səfirliyinə müraciət edə bilərlər. Telefon nömrələri: +90 533 690 30 40; +90 539 220 82 80  

Digər xəbərlər