• 15.08.2020

Gürcüstan parlamentinə seçkilər payızda keçiriləcək – Baş nazir

 Gürcüstan parlamentinə seçkilər payızda keçiriləcək – Baş nazir

19 May, 2020 | 17:15

“Gürcüstan hökuməti koronavirus təhlükəsinə baxmayaraq, parlament seçkilərini payızda keçirmək üçün bütün səylərini ortaya qoyub”.

NewsBureau xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, ölkədə COVID-19-la mübarizə fəal şəkildə davam edir: “Koronavirus üzərində qələbə, iqtisadiyyatın bərpası və qarşıdan gələn seçkilərin sakit şəraitdə keçirilməsi üçün tam səfərbər olunmuşuq”.

Hökumət başçısı təəssüflə qeyd edib ki, müxalifət ölkə üçün böhran vəziyyətdən özünün dar siyasi maraqları üçün istifadəyə cəhd edir.

Qeyd edək ki, ölkədə parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. /Report/

Digər xəbərlər