• 30.03.2020

Gürcüstanda koronavirusla mübarizə üçün toplanan pul artıb

 Gürcüstanda koronavirusla mübarizə üçün toplanan pul artıb

Gürcüstanda koronavirusla mübarizə üçün yaradılan StopCoV fondunda toplanan məbləğin həcmi artıb.

NewsBureau xəbər verir ki, hazırda fondda 9 milyon lari (2,5 milyon dollardan çox) formalaşıb.

Fonda böyük məbləğdə ianələri iri şirkətlər köçürüb. Ötən gün prezidenti Salome Zurabişvili də fonda 30 min lari pul ianə edib.

İstənilən şəxs fonda pul köçürə bilər. Onlayn köçürmə də mümkündür. Bunun üçün www.stopcov.ge saytının fond böməsinə (https://stopcov.ge/ka/Fund) daxil olmaq tələb olunur.

Digər xəbərlər