• 30.03.2020

Gürcüstan prezidenti koronavirusla mübarizəyə ianə edib

 Gürcüstan prezidenti koronavirusla mübarizəyə ianə edib

Gürcüstan prezidenti Salome Zurabişvili koronavirusla mübarizə fonduna 30 min lari məbləğində (8,6 min dollardan çox) pul köçürüb.

NewsBureau xəbər verir ki, dövlət başçısı bu məbləği özünün xeyriyyə fondundan ianə edib.

Bu fonda S.Zurabişvilinin prezident maaşı köçürülür.  

Koronavirusla mübarizə üçün StopCoV fondu martın 24-də yaradılıb. Bu günə qədər fondda 6,5 milyon lari (1,9 milyon dollar) toplanıb. Pul köçürənlər arasında vətəndaşlar, mühacirlər, siyasətçilər, biznesmenlər, banklar, iri və kiçik şirkətlər var.

Digər xəbərlər