• 30.03.2020

Gürcüstan hökuməti Marneuli və Bolnisi sakinlərinə minnətdarlıq edib

 Gürcüstan hökuməti Marneuli və Bolnisi sakinlərinə minnətdarlıq edib

“Marneuli və Bolnisidə vəziyyət sakitdir. Hər iki rayondakı həmvətəndaşlarımız mövcud vəziyyətdə sakit davranırlar”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

O, hökumət adından Marneuli və Bolnisi əhalisinə minnətdarlıq edib: “Görülən tədbirlər onların hər biri və bütövlükdə Gürcüstan əhalisi üçün zəruri olub”.

Mətbuat katibi qeyd edib ki, hər iki rayonda fövqəladə rejimdə ictimaiyyətin məlumatlandırılması ilə bağlı çətinliklər olsa da, onlar tam aradan qaldırılıb.

Digər xəbərlər