• 30.03.2020

Çinin Gürcüstana hədiyyə etdiyi koronavirus testləri Tbilisiyə çatdırılıb – FOTO

 Çinin Gürcüstana hədiyyə etdiyi koronavirus testləri Tbilisiyə çatdırılıb – FOTO

“Çinin Gürcüstana hədiyyə etdiyi koronavirusu tez bir zamanda aşkarlayan testlər artıq Tbilisidədir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Çin Xalq Respublikasındakı səfiri Arçil Kalandiya özünün “Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, koronavirus və digər respirator virusları müəyyən edən testlərin dəyəri 420 min ABŞ dollarıdır.

“Sıçuan əyalətinin rəhbərliyinin hədiyyə etdiyi 420 min dollar dəyərində ekspress testlər və müvafiq avadanlıqlar artıq Tbilisidədir”, – o yazıb.

Digər xəbərlər