• 30.03.2020

Marneuli və Bolnisiyə giriş-çıxışa belə nəzarət olunur – FOTOLAR

 Marneuli və Bolnisiyə giriş-çıxışa belə nəzarət olunur  – FOTOLAR

Gürcüstanın Müdafiə Qüvvələrinin birləşmələri Marneuli və Bolnisi rayonlarında beş nəzarət-buraxılış məntəqələrinə nəzarət həyata keçirir.

NewsBureau xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məntəqələr Tetritksaro-Marneuli və Qırmızı körpü-Rustavi yollarında qurulub.

Marneuli və Bolnisiyə daxil olan şəxslər məntəqələrdə tibbi yoxlanışdan keçirilir. Hər iki rayon ərazisinə daxil olan və çıxan nəqliyyat vasitələri də yoxlanılır və dezinfeksiya edilir.

Qeyd edək ki, ötən gündən Marneuli və Bolnisidə ciddi karantin rejimi tətbiq olunur. Rejimə nəzarəti müdafiə və daxili işlər nazirlikləri birgə həyata keçirir.

Digər xəbərlər