• 30.03.2020

Ketevan Tsixelaşvili: “Etnik mənsubiyyətə görə təhqiramiz ifadələr yolverilməzdir”

 Ketevan Tsixelaşvili: “Etnik mənsubiyyətə görə təhqiramiz ifadələr yolverilməzdir”

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Marneuli və Bolnisi rayonlarının karantin zonası elan edilməsi fonunda sosial şəbəkələrdə yayılan bəzi təhqiramiz fikirlərə münasibət bildirib. 

NewsBureau xəbər verir ki, o, ölkə əhalisini sosial, etnik və mədəni mənsubiyyətə əsaslanan təhqiramiz ifadələrdən çəkinməyə çağırıb.

Dövlət nazirinin sözlərinə görə, böyük problemin öhdəsindən gəlmək üçün birlik, anlayış və dəstək tələb olunur: “Bu gün bütün dünya  misli görünməmiş COVID-19 problemi ilə üzləşib. İstər Marneuli və Bolnisi, istərsə də Dmanisi və Kutaisinin hər bir vətəndaşının sağlamlığını qorumaq eyni prioritetdir. Hazırda vətəndaşlarımızım fəallığı, səyləri və məsuliyyəti həlledici əhəmiyyət daşıyır”.

K.Tsixelaşvili qeyd edib ki, sosial şəbəkələrdə etnik və mədəni xüsusiyyətlərinə görə istənilən təhqiramiz şərhlər və rəylər qətiyyən yolverilməzdir: “İndi bu çətin problemin öhdəsindən birliyimiz və dəstəyimizlə gəlməyin vaxtıdır”.

Digər xəbərlər