• 30.03.2020

Gürcüstanda koronavirusla mübarizə üçün toplanan vəsaitin məbləği məlum olub

 Gürcüstanda koronavirusla mübarizə üçün toplanan vəsaitin məbləği məlum olub

Gürcüstanda hazırda koronavirusla mübarizə fondunda 5 milyon lari məbləğində vəsait toplanıb.

NewswBureau xəbər verir ki, bu barədə ölkənin biznes ombudsmanı Mixeil Dauşvili bildirib.

O deyib ki, biznes, dövlət və cəmiyyətin həmrəyliyi olduqca vacibdir: “Çox şadıq ki, vətəndaşlarımız və biznesin məsuliyyətli nümayəndələri bu çağırışla effektiv mübarizə üçün dövlətlə yaxşı əməkdaşlıq edirlər”. 

Biznes ombudsmanın sözlərinə görə, “StopCov” fondunda yığılan bütün vəsaitlər Gürcüstan qanunvericiliyinə uyğun olaraq xərclənəcək.

M.Dauşvili məbləğin həm köçürülməsi, həm də sərf olunmasında şəffaflığın təmin olunacağını deyib.

O qeyd edib ki, fondun vasitəsilə sosial cəhətdən həssas qrupların dəstəklənməsi prioritet olacaq. /Report/

Digər xəbərlər