• 09.04.2020

Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırdı

 Gürcüstan İrana gediş-gəlişi məhdudlaşdırdı

Gürcüstan hökuməti İrana gediş-gəlişin məhdudlaşdırılması barədə qərar qəbul edib.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qərar İranda yayılan ölümcül koronavirusun Gürcüstan ərazisinə keçməsinin qarşısının alınması məqsədilə verilib.

Qərara əsasən, İrandan Gürcüstana sərnişin axını dayandırılacaq, İran aviaşirkətləri üçün Gürcüstandakı iranlı turistləri vətənə qaytarması üçün imkan yaradılacaq.

Gürcüstan hazırda İranla quru sərhədini hərəkət üçün açıq saxlayacaq, lakin ciddi məhdudiyyətlər tətbiq edəcək: “Gürcüstan hökuməti hadisələrin inkişafını izləyir, qonşu Azərbaycan və Ermənistanla işi davam etdirir. Gələcəkdə zərurət yaranacağı təqdirdə, quru sərhədi üzrə hərəkətin məhdudlaşdırılacağı istisna edilmir”.

Digər xəbərlər