• 09.04.2020

ABŞ təşkilatının rəhbəri Marneuliyə səfər edib

 ABŞ təşkilatının rəhbəri Marneuliyə səfər edib

Gürcüstanda rəsmi səfərdə olan ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) prezidenti Derek Mitçel Marneuliyə baş çəkib.

NewsBureau xəbər verir ki, o, Marneuli meri Zaur Darğallı ilə görüşüb.

Marneuli bələdiyyəsində baş tutan görüşdə meriya və sakrebulo rəsmiləri, əməkdaşları və NDI-nin nümayəndələri iştirak ediblər.

Görüşdə bələdiyyə və NDI-nin əməkdaşlığı nəticəsində həyata keçirilmiş büdcə layihəsi, onun mərhələləri və yekun nəticələri müzakirə olunub.

Tərəflər yerli siyasi və seçki mühiti ilə bağlı fikir mübadiləsi də aparıblar.

Digər xəbərlər