• 12.07.2020

İrakli Qaribaşvili: “NATO-ya üzvlüklə bağlı səylərimiz dönməz prosesdir”

 İrakli Qaribaşvili: “NATO-ya üzvlüklə bağlı səylərimiz dönməz prosesdir”

“Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə bildirib.

Nazir deyib ki, Gürcüstan NATO-ya üzv olmaq məqsədinə nail olmaq üçün Alyansla əməkdaşlıq üçün bütün praktiki mexanizmləri uğurla istifadə edib.

Görüşdə NATO-Gürcüstan Tədbirlər Paketinin yenilənməsi, Gürcüstanın müdafiə qüvvələrində həyata keçirilən islahatlar və ölkənin Qara dəniz bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstan NATO-ya inteqrasiyada uğurlu nümunədir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir. 

/Report/

Digər xəbərlər