• 12.07.2020

Giorgi Qaxaria Sergey Lavrovla görüşəcək?

 Giorgi Qaxaria Sergey Lavrovla görüşəcək?

Gürcüstanın baş naziri Giorgi Qaxaria Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşüb.

NewsBureau xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, G.Qaxarianın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

Gürcüstanın müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının liderlərindən biri Xatia Dekanoidze bildirib ki, S.Lavrov da Münhen Təhlükəsizlik Konfransında iştirak edir və o, G.Qaxariadan Gürcüstana səfəri ilə bağlı təhlükəsizlik zəmanəti ala bilər.

Qeyd edək ki, mayın 14-15-də Tbilisidə Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçiriləcək. Rusiya tərəfi toplantıda iştirak edəcəyini bildirsə də, ölkənin təmsilçilik səviyyəsi hələ müəyyən olunmayıb.

/Report/

Digər xəbərlər