• 28.02.2020

Giorgi Qaxaria İlham Əliyevə zəng edib

 Giorgi Qaxaria İlham Əliyevə zəng edib

Gürcüstanın baş naziri Giorgi Qaxaria bu gün Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

NewsBureau xəbər verir ki, G.Qaxaria İ. Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

İ.Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan prezidenti və Gürcüstanın baş naziri ölkələr arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək, əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

Digər xəbərlər