• 20.02.2020

Zurabişvili: “Gürcüstan və Azərbaycanın əhəmiyyətli gələcək potensialı var”

 Zurabişvili: “Gürcüstan və Azərbaycanın əhəmiyyətli gələcək potensialı var”

“Gürcüstanın əsas prioriteti nəqliyyatla bağlı bütün növ infrastrukturun inkişaf etdirilməsidir ki, bu da qonşu ölkələrlə daha sıx əlaqələri təmin edir”.

NewBureau xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualına cavab olaraq bildirib.

O deyib ki, regionun çox böyük potensialı var: “Bu imkanlardan istifadə etmək bizdən asılıdır. Limanları da həmçinin inkişaf etdirmək lazımdır. Gürcüstanın inkişaf etdirilməli olan Anaklia liman kompleksi var. Bütün bunların hamısı onu göstərir ki, Gürcüstan, Azərbaycan və ümumilikdə, Qafqazın əhəmiyyətli gələcək potensialı var. İşğal olunmuş ərazilərimizin birləşdirilməsi ilə yanaşı, bu, bizim gələcəyimizdir”.

/Report/

Digər xəbərlər