• 20.02.2020

Giorgi Qaxaria: “Gürcüstan Türkiyənin yanındadır”

 Giorgi Qaxaria: “Gürcüstan Türkiyənin yanındadır”

Gürcüstanın baş naziri Giorgi Qaxaria Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.

NewsBureau xəbər verir ki, başsağlığı hökumət başçısının rəsmi “Twitter” hesabında yerləşdirilib.

“Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığımı verirəm. Bu çətin anlarda Gürcüstan Türkiyəni dəstəkləyir və onun yanındadır”, – G.Qaxaria yazıb.

Digər xəbərlər