Gürcüstanın vitse-spikeri Azərbaycan səfiri ilə görüşüb – FOTO

 Gürcüstanın vitse-spikeri Azərbaycan səfiri ilə görüşüb – FOTO

Gürcüstan parlamentinin vitse-spikeri, Azərbaycanla dostluq qrupunun rəhbəri, Kaxaber Kuçava Azərbaycan səfiri Dursun Həsənovla görüş keçirib.

NewsBureau xəbər verir ki, görüşdə parlamentlərin dostluq qrupları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

K.Kuçava bildirib ki, Azərbaycanda bu ilin fevralın 9-da keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanla dostluq qrupu formalaşdırılacaq.

O qeyd edib ki, hər iki parlamentin dostluq qrupları üzvlərinin qarşılıqlı səfərləri planlaşdırılacaq: “Görüşdə həmçinin il ərzində Gürcüstanda, həmçinin etnik azərbaycanlıların yaşadıqları bölgələrdə həyata keçirə biləcəyimiz müxtəlif tədbirlər barədə fikir mübadiləsi apardıq. Həmin bölgələri təmsil edən deputatlar bu prosesə fəal olaraq cəlb olunacaqlar”.

Digər xəbərlər