• 20.02.2020

Salome Zurabişvili: “Gürcüstan-Rusiya danışıqlarını aktivləşdirmək lazımdır”

 Salome Zurabişvili: “Gürcüstan-Rusiya danışıqlarını aktivləşdirmək lazımdır”

“Cenevrə formatı yenidən canlandırılmalı və aktivləşdirilməlidir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçısının sözlərinə görə, effektiv diplomatik addımlar atılmalıdır: “Dəfələrlə demişəm ki, Cenevrə formatı yenilənməli və aktivləşdirməlidir”.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2012-ci ildən etibarən aparılır.  Bu danışıqlar iki ölkə arasında yeganə siyasi dialoq formatıdır.

/Report/

Digər xəbərlər