• 24.01.2020

Gürcüstanda parlament seçkiləri neçəyə başa gələcək?

 Gürcüstanda parlament seçkiləri neçəyə başa gələcək?

Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Vəsaitin böyük hissəsi – 19,5 milyon lari olmaqla əməkhaqlarının ödənilməsinə sərf ediləcək.

Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlər üçün 1 061 000 lari, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 111 674 lari həcmində vəsait nəzərdə tutulub.

Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 238 050 lari yönəldiləcək.

Qeyd edək ki, qanunverici orqana seçkilər oktyabrda baş tutmalıdır.

Oxşar xəbərlər