• 17.02.2020

Zalkaliani: “Gürcüstanda ABŞ hərbi bazaları yerləşdirilməyəcək”

 Zalkaliani: “Gürcüstanda ABŞ hərbi bazaları yerləşdirilməyəcək”

“Gürcüstan ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsi məsələsi müzakirə olunmayacaq”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, Gürcüstanda ABŞ hərbi bazalarının yerləşdirilməsi imkanları barədə məlumatlar yayılmaqdadır: “Bunlar yalnız fərziyyələrdir və bu məsələ nəzərdən keçirilməyəcək”.

/Report/

Digər xəbərlər