• 17.02.2020

Giorgi Qaxaria: “Gürcüstan bölgədə baş verən prosesləri diqqətlə izləyir”

 Giorgi Qaxaria: “Gürcüstan bölgədə baş verən prosesləri diqqətlə izləyir”

“Gürcüstan beynəlxalq tərəfdaşlarla birgə bölgədə baş verən prosesləri diqqətlə izləyir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.

O deyib ki, təhlükəsizlik baxımından Gürcüstanın bütün müvafiq qurumları, həmçinin Xarici İşlər Nazirliyi tərəfdaşlarla sıx əlaqədədir: “Regionda baş verən proseslərin ölkəmiz üçün yarada biləcəyi təhlkükələri tam təhlil etmək üçün tərəfdaşlarla birgə iş aparılır”.

Baş nazir Yaxın Şərqdə yaranan gərginliyin aradan qaldırılması üçün sülh danışıqları və fəal diplomatiyaya alternativin olmadığını qeyd edib: “Ümumi bölgədə istənilən gərginlik həm təhlükəsizlik, həm iqtisadi inkişaf baxımından ciddi problemdir”.

/Report/

Digər xəbərlər