• 17.02.2020

Gürcüstan Ukraynaya başsağlığı verib

 Gürcüstan Ukraynaya başsağlığı verib

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Ukraynaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib.

NewsBureau xəbər verir ki, XİN başçısı başsağlığını “Twitter” sosial şəbəkəsindəki hesabında yerləşdirib.

“Ukrayna təyyarəsinin İranda qəzaya uğraması barədə xəbərlər bizi çox kədərləndirib. Bu dəhşətli faciədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”, – D.Zalkaliani yazıb.

Gürcüstan prezidenti Salome Zurabişvili də aviaqəza ilə bağlı başsağlığı yayıb: “Həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, İranda Ukrayna sərnişinlərinin olduğu “Boeing 737” sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 180-ə yaxın sərnişin və ekipaj üzvü həlak olub.

Digər xəbərlər