• 17.02.2020

Gürcüstan prezidenti beş məhkumu əfv edib

 Gürcüstan prezidenti beş məhkumu əfv edib

Gürcüstan prezidenti Salome Zurabişvili Milad bayramı ərəfəsində beş məhkumu əfv edib.

NewsBureau xəbər verir ki, bu barədə dövlət başçısı keçirdiyi brifinqdə bildirib.

Əfv olunanların siyahısında din xadimi Giorgi Mamaladze yer almayıb.

Qeyd edək ki, S.Zurabişvili ötən ilin sentyabrın 18-də əvfə moratorium qoyandan sonra bu gün ilk əfv sərəncamı imzalayıb. Əfv olunanlar 2019-cu ilin noyabrın 27-də qüvvəyə minmiş yeni qaydalar üzrə bağışlanaraq azadlığa buraxılıblar.  

Digər xəbərlər