• 24.02.2020

Məmmədyarov: “Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır”

 Məmmədyarov: “Azərbaycan və Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır”

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq aparılır”.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yerli mətbuata müsahibəsində bildirib.  

Onun sözlərinə görə, 1996-cı ildən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası fəaliyyət göstərir: “Komissiyanın sonuncu iclası bu il Bakıda keçirilib. İki ölkə arasındakı 480 kilometrlik sərhədin 314 kilometri razılaşdırılıb, razılaşdırılmamış166 kilometrlik xətti üzrə danışıqlar davam etdirilir. Cari il ərzində ekspertlərin iki görüşü keçirilib, növbəti görüşünün isə gələn ilin əvvəli Tbilisidə keçirilməsi gözlənilir”.

XİN  başçısı iki ölkə arasında dövlət sərhədinin delimitasiyasının beynəlxalq təcrübəyə əsaslanaraq hüquqi müstəvidə və strateji tərəfdaşlıq münasibətləriə uyğun şəkildə həll olunacağına ümidvar olduğunu bildirib: “Fikir ayrılığı dediyiniz, əslində razılaşdırılmamış sahələrin mövcud olmasıdır və bunun üçün də mütəxəssislər tərəfindən müvafiq araşdırma, o cümlədən arxiv və kartoqrafik materialların öyrənilməsi kimi tədbirlər həyata keçirilməlidir. Önəmlisi ondan ibarətdir ki, həm Azərbaycan, həm də Gürcüstan delimitasiya prosesinin tezliklə yekunlaşdırılmasının tərəfdarıdır”.

Digər xəbərlər