• 24.02.2020

Türkiyə Gürcüstana 17 milyon dollar qrant ayırıb

 Türkiyə Gürcüstana 17 milyon dollar qrant ayırıb

Türkiyə hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə 100 milyon türk lirəsi (təxminən 17 milyon dollar) məbləğində qrant ayırıb.

NewsBureau xəbər verir ki, müvafiq saziş Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında Ankarada imzalanıb.

Hərbi maliyyə əməkdaşlığı haqqında sənədə əsasən, vəsait Gürcüstanın müdafiə sahəsində maddi-texniki bazanın gücləndirilməsinə yönəldiləcək. 

/Report/

Digər xəbərlər