• 24.02.2020

Salome Zurabişvili Azərbaycan prezidentini təbrik edib

 Salome Zurabişvili Azərbaycan prezidentini təbrik edib

Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı həmkarı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

NewsBureau xəbər verir ki, təbrik məktubunda deyilir: “Doğum gününüz münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram.

Sizin rəhbərlik etdiyiniz Azərbaycan Gürcüstanın mehriban dostu və tərəfdaşıdır. Gürcüstanla Azərbaycan arasındakı münasibətlər həqiqətən də nümunəvidir. Mən inanıram ki, biz regionda sabitliyin möhkəmləndirilməsi və gələcəkdə daha da gücləndirilməsi istiqamətində bundan sonra da bir çox faydalı addımlar atacağıq.

Sizə möhkəm cansağlığı, ölkənizə rifah, sülh və müvəffəqiyyətlər arzu edirəm”

/AzərTac/

Digər xəbərlər