• 24.02.2020

Giorgi Qaxaria: “Gürcüstan-Azərbaycan uğurlu əməkdaşlığı regionda sabitliyin əsasıdır”

 Giorgi Qaxaria: “Gürcüstan-Azərbaycan uğurlu əməkdaşlığı regionda sabitliyin əsasıdır”

“Gürcüstan və Azərbaycan arasında uğurlu əməkdaşlıq regionda sabitlik və əmin-amanlığın əsasıdır”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxarianın Azərbaycan prezidenti İlham Əliyevə ad günü ilə bağlı ünvanladığı təbrik məktubunda deyilir.

Baş nazir qeyd edib ki, iki ölkə arasında strateji münasibətlər uğurla inkişaf edir: “Bu nümunəvi tərəfdaşlığın möhkəm təməlində gürcü və Azərbaycan xalqlarının çoxəsrlik dostluq, mehriban qonşuluq və qarşılıqlı etimada söykənən əlaqələri dayanır”.

G.Qaxaria Gürcüstan və Azərbaycan arasındakı xüsusi münasibətlərin birgə səylərlə gələcəkdə daha da inkişaf etdirilib möhkəmləndiriləcəyinə əminliyini ifadə edib.

/AzərTac/

Digər xəbərlər