• 24.02.2020

Zalkaliani: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə nümunəvi münasibətləri var”

 Zalkaliani: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə nümunəvi münasibətləri var”

“Gürcüstanın Azərbaycan və Türkiyə ilə nümunəvi münasibətləri var”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı və türkiyəli həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O deyib ki, üçtərəfli görüşdə üç ölkənin iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Qars, TANAP və digər birgə layihələr də müzakirə olunub.

Nazir qeyd edib ki, görüşdə bölgədəki münaqişələr də nəzərdən keçirilib: “Gürcüstan münaqişələrin sülh yolu ilə və ölkələrin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”.

/Report/

Digər xəbərlər