• 24.02.2020

Gürcüstan, Azərbaycan və Türkiyə yeni əməkdaşlıq planı imzalayıblar

 Gürcüstan, Azərbaycan və Türkiyə yeni əməkdaşlıq planı imzalayıblar

Bu gün Tbilisidə Gürcüstan, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri – David Zalkaliani, Elmar MəmmədyarovMövlud Çavuşoğlu arasında səkkizinci üçtərəfli görüş keçirilib.

NewsBureau xəbər verir ki, görüşdən sonra birgə bəyannamə və 2020-2022-ci illər üçün fəaliyyət planı imzalanıb.

D.Zalkaliani bildirib ki, görüşdə birgə həyata keçirilən regional, nəqliyyat və energetka layihələrinə xüsusi diqqət ayrılıb.

XİN başçıları arasında növbəti doqquzuncu görüş 2020-ci ildə Azərbaycanda keçiriləcək.

Digər xəbərlər