• 25.11.2020

Gürcüstan MSK-nın sədri azərbaycanlı həmkarı ilə görüşüb

 Gürcüstan MSK-nın sədri azərbaycanlı həmkarı ilə görüşüb

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvanianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

NewsBureau xəbər verir ki, səfərin məqsədi Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini müşahidə etməkdir.

Səfər çərçivəsində T.Jvania azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşüb.

M.Pənahov bildirib ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.

T.Jvania seçkilərin müşahidəsi üçün dəvətə və Azərbaycan MSK-dakı səmimi qəbula görə təşəkkürünü bildirib.

Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Digər xəbərlər