• 21.02.2020

Giorgi Qaxaria: “Müharibə qəbuledilməzdir”

 Giorgi Qaxaria: “Müharibə qəbuledilməzdir”

“Biz bir şeyi anlamalıyıq ki, müharibə qəbuledilməzdir”.

NewsBureau xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin xaricdəki səfir və konsullarının Tbilisidə keçirilən konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün ehtiyatlı siyasət aparılmalı və ölçülüb-biçilmiş qərarlar qəbul edilməlidir: “Ölkəmizin tamlığının bərpası üçün mümkün olan hər şeyi etmək lazımdır. Bunun üçün biz müharibə istisna olunmaqla, bütün alətlərdən istifadə etməliyik”.

Digər xəbərlər